Rusiya Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.
Buna səbəb “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışlarla bağlı Rusiyanın ittiham olunmasıdır.
“Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”, – bəyanatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl “Sasna Tsrer” siyasi qrupu sosial mediada belə iddialarla çıxış etmişdi.