Dünya

Rusiya Ermənistana etiraz notası göndərəcək

Rusiya ORSIS şirkətinin iştirak etdiyi silah tenderinin pozulması ilə əlaqədar olaraq, Ermənistana etiraz notası göndərəcək.

Rusiya Ermənistana etiraz notası göndərəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ORSIS şirkətinin iştirak etdiyi silah tenderinin pozulması ilə əlaqədar olaraq, Ermənistana etiraz notası göndərəcək.

RİA Novosti” yazır ki, Rusiya Ermənistanın Müdafiə naziri David Tonoyandan məsələnin həll olunmasını istəyir.

Nota Rusiyanın Sənaye və Ticarət nazirinin müavini Oleq Ryazançev tərəfindən göndərilib. Notada deyilir ki, ORSIS şirkətinin tenderdə iştirak ərizəsi heç bir səbəb olmadan rədd edilib.

Şirkətin özü də Ermənistan Silahlı Qüvvələrinin “etibarsız təchizatçılar siyahısı”na salınıb.

Qeyd edək ki, Rusiya şirkətinin qatıldığı bir neçə milyon dollar dəyərindəki silah tədarükü tenderi Ermənistan Müdafiə Nazirliyi tərəfindən uğursuz elan olunub.