Rəsmi Moskva Rusiya diplomatlarının Çexiyadan çıxarılmasına anoloji qərarla cavab verib.
Diasporpress.az Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Çex Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşı “persona non qrata” elan edilib.
Onlar Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər.
Bundan əvvəl Çex Respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın 15 rus diplomatını ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Diasporpress.az