Dünya

Rumıniyada baş verən yol qəzasında 10 nəfər ölüb

Rumıniyanın İalomita bölgəsində baş verən yol qəzasında 10 nəfər ölüb, 7 nəfər yaralanıb.

Rumıniyada baş verən yol qəzasında 10 nəfər ölübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniyanın İalomita bölgəsində baş verən yol qəzasında 10 nəfər ölüb, 7 nəfər yaralanıb.

DiasporPress.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rumıniya polisi məlumat yayıb.

Polisin yaydığı məlumata görə, bu gün səhər saatlarında Sloboziya və Urziceni şəhərlərini birləşdirən yolda mikroavtobus və yük maşının toqquşması nəticəsində 10 nəfər ölüb.

Xəsarət alan yeddi nəfərdən dördünün vəziyyəti ağırdır”, – deyə məlumatda qeyd olunub.

Qəzanın baş verdiyi yol bağlanıb və hadisə yerinə 40 yanğınsöndürən çağırılıb.

 

DiasporPress.az