İran Prezidenti Həsən Ruhani Yezd əyalətində təşkil olunacaq açılış mərasiminə qatılmaq üçün həmin bölgəyə səfər edib.
Burada xalqa müraciət edən Prezident Ruhani İran xalqının İslam inqilabı xətti ilə getdiyini ifadə edib:
“ABŞ ölkədə ixtilaf ilə anlaşılmazlıq yaratmaq istəyir. Az sayda insanın ABŞ-ın bu istəyini dilə gətirməsinə izn verməyək. Onları eyni zamanda İslami vəhdət ilə birliyə dəvət edirik. Çünki tarixi baxımdan çox önəmli bir vəziyyətdəyik”.
Hökumətin yolsuzluqla mücadilə məsələsində qərarlı olduğunu deyən Ruhani bütün səlahiyyətlilərin bu mövzuda çalışmalı olduğunu vurğulayıb:
“Hökumət üç istiqamətdə yolsuzluqla mücadilənin əsas yollarını müəyyənləşdirdi və bu ana qədər İslami Şura Məclisinə iki istiqamət təqdim olundu”.
Ruhani çıxışında bunu da xüsusi olaraq qeyd edib:
“ABŞ-ın etdiklərinə rəğmən, ölkənin cənub-qərbində Huzistan əyalətində 53 milyard barel ehtiyata sahib yeni bir neft yatağı kəşf etmişik”.
DiasporPress.az