RT Group Academy’də YÖS qruplarına qeydiyyat başladı

RT Group Academy’də YÖS qruplarına qeydiyyat başladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

RT Group Academy’də YÖS qruplarına qeydiyyat başlayıb.

Diasporpress.az xəbər verir ki, Yös – Yabancı Öğrenci Sınavıdır.

Yəni, Türkiyə Cümhuriyyətində bakalavr təhsili almaq istəyən istənilən xarici ölkə vətəndaşları Yös imtahanında iştirak edə bilər.

İmtahan tərkibi Riyaziyyat, Həndəsə və Məntiq fənnlərindən ibarətdir. Struktur olaraq 30-35 riyaziyyat, 5-10 həndəsə, 40 məntiq sualları ilə rastlaşılır. İmtahanın davam etmə müddəti 2 saat, etibarlılığı isə 2 il müddətinə keçərlidir.

Attestatla üniversitet qəbulu almaq, yoxsa Yös nəticəsi ilə qəbul olmaq?

Bildiyimiz kimi Türkiyənin həm dövlət, həm də özəl universitetlərinə attestatla da, Yös balı ilə də qəbul alına bilir.

Bəs bu 2 qəbul qaydası arasındakı fərqlər nələrdir?

Ən başlıca səbəb təqaüd alma şansıdır. Yəni sizin Yös balınız nə qədər yüksək olarsa təqaüd alma şansınız bir o qədər artacaq. Həm universitetin illik təhsil haqqından, həm də yaşam xərclərindən azad ola bilərsiniz. Lakin attestatla qəbul zamanı təqaüd alma şansı olmur.

Digər fərq universitet və ixtisas seçimi yönündədir. Belə ki, Yös nəticəsi ilə bütün dövlət universitetlerinə və bir sıra özəl universitetlərə istənilən ixtisas üzrə qəbul ala bildiyiniz halda ,attestatla qəbul zamanı sizin universitet ve ixtisas seçimi siyahınız daha az sayda və məhduddur.

RT GROUP ACADEMY-də keçirilən Yös dərs sisteminin digər kurslardan üstünlüyü?

°Təcrübəli və yüksək nəticələri olan müəllimlərlə hazırlıq,
°Fin tədris metodikası,
°Həftəlik 9-12 saatlıq dərs müddəti,
°Ödənişsiz Etüd dərsləri,
°Ödənişsiz dərs vəsaitləri,
°İzahlı test banklardan istifadə,
°Dərs sonrası belə müəllimlərlə mütəmadi əlaqə,
°Real imtahan strukturuna uyğun aylıq sınaq imtahanları,
°Ən son texnologiya ilə online dərslərin mümkünlüyü,
°Aylıq valideyn iclası,
°Şagirdlərin inkişaf dinamikasının izlənilməsi, və valideynlərlə paylaşılması,
°Psixoloji dəstək və motivasiya,
°Əlavə olaraq TYS dərsləri,
°İmtahan sonrası qəbul üçün sənədləşmə işlərinin aparılması.

Əlaqə:
(994) 77 744 7454
[email protected]
www.rtgroup.az