İsveçrənin Lozanna şəhərindəki Olimpiya Muzeyinin qarşısında ilk dəfə cüdo abidəsinin açılış mərasimi keçirilib.
Diasporpress.az” Report”-a istinadən xəbəır verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti, Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev də iştirak edib.
Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax və IJF prezidenti Marius Vizer çıxışlarında bu idman növünün tarixi və populyarlığından bəhs ediblər. Daha sonra onlar abidənin üzərindən örtüyü götürüblər.
R.Abdullayev mərasim zamanı həm T.Bax, həm də M.Vizerlə görüşüb. Görüşdə Azərbaycanda idmanın, o cümlədən cüdonun inkişafından, qarşılıqlı maraq doğuran məsələlərdən danışılıb.