“Sabah” FK Rocer Roxasla yollarını ayırıb.
DiasporPress.az xəbər verir ki, honduraslı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, RoRo ləqəbli Rocer Roxas bu ilin avqustun 20-də bu klubla bir illik müqavilə bağlamışdı. 29 yaşlı futbolçu “Sabah”da keçirdiyi 13 oyunda (11 Premyer Liqa, iki ölkə kuboku) iki qola imza atıb.
Daha əvvəl bu klub CAR-dan olan yarımmüdafiəçisi Hendrik Eksteynlə müqaviləsini pozmuşdu.
DiasporPress.az