Roma Papası Fransiskin İraq səfəri davam edir.
“Haber Global”ın məlumatına görə, səfərinin növbəti günü Papa Ərbil şəhərində kürd muxtariyyəti başçısı Nəçirvan Bərzani ilə görüşüb.
Görüşdən sonra o, Mosula yola düşüb və burada terror qurbanlarının xatirəsinə dua mərasimi təşkil edib. Dini ayin zamanı Roma Papası bu ərazilərdə həlak olmuş bütün məzlumların ruhları üçün dua edib. Pantifik həmçinin dinlər arası dialoqun vaciblliyini də vurğulayıb.
Qeyd edək ki, 2014-2017-ci illərdə İŞİD terror qruplaşmasının nəzarəti altında olan Mosul İraqın terrordan ən çox zərər çəkmiş şəhərlərindən biridir.
BÜNYAMİN ÇİNGİZOĞLU
Diasporpress.az