Ötən ay İngiltərənin ən zəngin qadın musiqiçisi adını qazanan Rihanna aylıq 415 min dollara ev kirayələyib.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
ABŞ-ın Hamptons istirahət bölgəsində yerləşən 8000 kvadrat metrlik ərazidə müğənninin iyul ayının ortalarından avqustun ortalarına qədər qalması gözlənilir.
Xatırladaq ki, Rihanna may ayında 468 milyon funt sterlinq (576 milyon dollar – red.) sərvəti ilə İngiltərənin ən zəngin qadın musiqiçisi olub.