AFFA-nın təşkilatçılığı ilə üçüncü dəfə keçiriləcək Region Liqasının cari mövsüm üçün iştirakçıları müəyyənləşib.
DiasporPress.az xəbər verir ki, 2019/2020 mövsümündə həvəskar statuslu bu çempionatda 24 komanda mübarizə aparacaq.
Həmin komandalar bunlardır:
Bakı və Şimal zonası: “İrəvan”, “Qardaşlar” (hər ikisi Bakı), “Uğur” (Sumqayıt), “Şahdağ”, “Şirvanovka”, “Qusar” (hər üçü Qusar), “Xudat” (Xaçmaz), “Şahdağ” (Quba);
Mərkəz zonası: “Şamaxı”, “Araz” (Saatlı), “Ağsu Siti”, “İmişli”, “Mil” (Beyləqan);
Cənub zonası: “Şıxlar” (Qobustan), “Neftçala”, “Ümid” (Cəlilabad), “Ərkivan” (Masallı), “Alyans” (Lənkəran), “Astara”;
Qərb və Şimal-Qərb zonası: “Qoşqar UGİM-2” (Gəncə), “Göyəzən” (Qazax), “Energetik” (Mingəçevir), “Şəki”, “Oğuz”.
Qeyd edək ki, Region Liqasının bu gün dörd zonası üzrə püşkü atılacaq. İlk iki mövsümün qalibinin Sumqayıtın “Uğur” komandası olduğu çempionata sentyabrın 26-da start veriləcək. Liqanın 2020-ci ilin mayında başa çatması gözlənilir.
DiasporPress.az