Rayan Giqqz: “Beyl mənə Azərbaycanla oyuna qədər hazır olacağını deyib”

UEFA AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstan yığmaları ilə qarşılaşacaq Uels millisinin baş məşqçisi Rayan Giqqz Qaret Beylin zədəli olması ilə bağlı şaiyələrə aydınlıq gətirib.

Rayan Giqqz: “Beyl mənə Azərbaycanla oyuna qədər hazır olacağını deyib”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstan yığmaları ilə qarşılaşacaq Uels millisinin baş məşqçisi Rayan Giqqz Qaret Beylin zədəli olması ilə bağlı şaiyələrə aydınlıq gətirib.

DiasporPress.az  “Expreso de Cardiff” portalına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis kapitanın zədədən əziyyət çəkmədiyini söyləyib. O, 30 yaşlı hücumçu ilə müntəzəm əlaqədə olduğunu bildirib: “Beyl mənə Azərbaycanla oyuna qədər fiziki cəhətdən hazır olacağını deyib. Onun milliyə qədər “Real Madrid”in heyətində ən azı “Eybar”la matça çıxması bizim üçün ideal olar”.

Beyl Uelsin oktyabrın 13-də Xorvatiya ilə Kardiffdə 1:1 hesablı heç-heçə etdiyi matçda baldır əzələsindən təkrar zədə alıb. O, İspaniya təmsilçisi “Real Madrid”in heyətində son 4 oyunu buraxıb. Madridlilərin baş məşqçisi Zinəddin Zidan yenicə məşqlərə başlayan 30 yaşlı hücumçunun noyabrın 6-da Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Türkiyə “Qalatasaray”ı ilə ev, 3 gün sonra isə La Liqanın XIII turunda “Eybar”la səfər görüşündə meydana çıxacağına şübhə edir.

Qeyd edək ki, Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Macarıstanla qarşılaşma isə noyabrın 19-da “Kardiff Siti” stadionunda təşkil olunacaq.

 

DiasporPress.az