Ölkə

Ramil Həsən Ucar Gənclər Evinin qonağı olub

Ramil Həsən Ucar Gənclər Evinin qonağı olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DiasporPress xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ramil Həsən bu gün Ucar Gənclər Evinin qonağı olub.

Pandemiya qaydalarına uyğun olaraq açıq havada təşkil olunan görüşdə Millət vəkili Azərbaycanda aparılan uğurlu gənclər siyasətindən danışıb və gənclərlə həmsöhbət olub.

Ucar Gənclər Evinin direktoru Elamin Dibirov çıxış edərək Millət vəkilinə Ucar gənclərinə göstərdiyi diqqətə görə təşəkkür edərək, gələcəkdə göstəriləcək birgə fəaliyyətdən məmnunluğunu bildirib.

 

Diasporpress.az