Diaspor

RAİ-nin prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə Kursk vilayətində 75 ailəyə yardım göstərilib

RAİ-nin prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə Kursk vilayətində 75 ailəyə yardım göstərilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Kursk vilayətində Böyük Vətən Müharibəsində qələbənin 75-illik yubileyinə həsr olunmuş xeyriyyə aksiyasında Fizuli Məmmədovun rəhbərlik etdiyi RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI və DÜNYA AZƏRBAYCAN MƏDƏNİYYƏT FONDU da iştirak edib.

RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI-nın Kursk vilayəti üzrə nümayəndələri vilayətin qubernatorunun aztəminatlı ailələrə yardım aksiyasının dəstəkləyərək, vilayətdə koronavirus səbəbindən çətin vəziyyətdə olan ailələri ziyarət ediblər. Çoxuşaqlı və aztəminatlı ailələrə, yaşlı sakinlərinə üçün xüsusi olaraq ərzaq səbətləri və şəxsi gigiyena əşyaları təhvil verilib.

“Biz qələbənin 75 illiyi ilə əlaqədar, xüsusi olaraq 75 ərzaq səbəti hazırladıq. Bizim babalarımız birgə mübarizə aparıblar və bu gün də biz bu epidemiyaya birlikdə qalib gələcəyik”, deyə RAİ-nın Kursk vilayəti üzrə nümayəndəsi Qasım Kərimov bildirib.O, qeyd edib ki, bu bir dəfəlik aksiya deyil. “Xeyriyyə aksiyası çərçivsəində gələn həftə biz uşaq evlərini də ziyarət edəcəyik. Onlara şirniyyat aparacayıq ki, ailə abu-havasını hiss etsinlər”, – Kərimov deyib.

Nəzərinizə çatdıraq ki, RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI-nın Kurs vilayəti üzrə nümayəndəliyi, ənənəvi olaraq, həm şəhər rəhbərliyinin, həm də “Vahid Rusiya” partiyasının keçirdiyi tədbirlərdə fəal şəkildə iştirak edir.
Xatırladaq ki, bu il Kursk azərbaycanlıları Donbassdan olan məcburi köçgünlərə də maliyyə yardımı ediblər.

 

DiasporPress.az