Xalq artisti Rafael Dadaşovun səhhətində problem yaranıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Xalq artisti dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Ona ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu qoyulub.
Hazırda Xalq artistinin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır stabil qiymətləndirilir.
DiasporPress.az