Rusiyanın paytaxtı Moskvada keçirilən karate üzrə Premyer Liqa turnirində beşqat dünya çempionumuz Rafael Ağayev (-75 kq) finala çıxıb.
DiasporPress.az xəbər verir ki, o, bazar günü finalda qazaxıstanlı Yermek Aynazərovla qarşılaşacaq.
Bundan başqa, qadın millimizdən Nuranə Əliyeva (-50 kq) da bürünc medal görüşünə çıxacaq.
Onun rəqibi yaponiyalı Miho Mihayara olacaq.
Qeyd edək ki, hər iki matç oktyabrın 6-da keçiriləcək.
DiasporPress.az