Ölkə

Qurumlar plastik torbaların ödənişli olması ilə bağlı razılığa gəldilər – Layihə Nazirlər Kabinetində

Geniş istifadə olunan plastik torbalardan istifadənin mərhələli şəkildə məhdudlaşdırılması və alternativ materiallardan istifadənin genişləndirilməsi üçün tədbirlər görülür.

Qurumlar plastik torbaların ödənişli olması ilə bağlı razılığa gəldilər – Layihə Nazirlər Kabinetindəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Geniş istifadə olunan plastik torbalardan istifadənin mərhələli şəkildə məhdudlaşdırılması və alternativ materiallardan istifadənin genişləndirilməsi üçün tədbirlər görülür.

DiasporPress.az-ın məlumatına görə, bunu YAP-ın qərargahında keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda yüngül çəkili polietilen torbaların dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər aidiyyəti qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib.

M.Babayev bildirib ki, qalınlığı 15-50 mikron olan polietilen torbaların ödənişli olması ilə bağlı sənəd layihəsi isə razılaşdırma mərhələsindədir:

“Plastiklə mübarizə aparmaq hədəf deyil, plastik tullantıların idarə olunması hədəfdir. İndi ətrafımızda istifadə etdiyimiz məmulatlar plastik materiallardır. İstehlakçılara qarşı tədbirlərin görülməsi düzgün deyil, tullantıların düzgün istifadə edilməsi və təkrar emala qaytarılması hədəfdir.

Çalışmalıyıq ki, nə polietilen paketlər, nə plastik butulkalar təbiətə atılsın. Təkrar emal üçün müəssisə yaratmalıyıq. Proses budur və biz bununla məşğul oluruq. Özəl qurumları həvəsləndiririk ki, tullantıların emalı sahəsini yaratsınlar və inkişaf etdirsinlər”.