Diaspor

Qüdsi Osmanov Moldovanın XİN rəhbəri ilə Qarabağı müzakirə edib

Qüdsi Osmanov Moldovanın XİN rəhbəri ilə Qarabağı müzakirə edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Aureliu Çokoy Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Qüdsi Osmanovu qəbul edib.

Bu barədə Moldova XİN-in rəsmi saytında məlumat verilib.

Rəsmilər ikitərəfli gündəmdə dayanan məsələləri, eyni zamanda Qarabağ regionundakı son hadisələri müzakirə ediblər.

XİN rəhbərləri arasında son telefon danışığı zamanı əldə edilmiş razılaşma kontekstində həmsöhbətlər növbəti dövr üçün ikitərəfli siyasi dialoqun dərinləşdirilməsi potensialına, iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın aktivləşdirilməsi məsələlərinə toxunublar.

Diasporpress.az