Ölkə

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı “ECOSOC #Youth2030” Gənclər Forumunda təmsil olunub

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı “ECOSOC #Youth2030” Gənclər Forumunda təmsil olunubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Gənclər və İdman  Nazirliyinin dəstəyi ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) 25-27 aprel tarixlərində Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurası tərəfindən ABŞ-nin Nyu-York şəhərində keçirilən  “ECOSOC #Youth2030” Gənclər Forumunda təmsil olunmuşdur.

Diasporpress.az xəbər verir ki, “COVID-19-dan bərpanın sürətləndirilməsi, gənclərlə və gənclər üçün 2030 Gündəliyinin tam icrası” mövzusuna həsr edilmiş Forum  Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) rəhbər tutaraq dünyanı daha ədalətli, ekoloji davamlı və dayanıqlı bir məkana çevirmək məqsədilə gənclər üçün öz fikirlərini ifadə etmək və fəaliyyətlərini gücləndirmək üçün bir fürsətdir.

Nümayəndə heyətində QHGT-nin sədri Orduxan Qəhrəmanzadə və katibliyin rəhbəri Ceyran Cəfərova, o cümlədən təşkilatın Azərbaycan üzrə Milli Bölməsi olan NAYORA-nın sədri Azər Əliyev təmsil olunmuşdur.

Gənclər Forumu zamanı QHGT təmsilçiləri bir sıra yerli və beynəlxalq təşkilatlarla görüşlər keçirərək mümkün əməkdaşlıq perspektivlərini müzakirə etmişdir. Forum çərçivəsində BMT Baş katibinin Gənclər üzrə Elçisinin ofisi, BMT Baş Assembleyası yanında müşahidəçi statusa malik “Ibero-Amerika Beynəlxalq Gənclər Təşkilatı” və Afrikanın ən böyük gənclər platforması olan “Pan-Afrika” Gənclər Birliyi ilə  keçirilən görüşlər QHGT-nin beynəlxalq əməkdaşlıq portfoliosunun genişlənməsinə müstəsna töhfələr vermişdir. 

Forum çərçivəsində QHGT və NAYORA-nın birgə təşkilatçılığı ilə “COVID-19-dan bərpa: QHGT gənclərinin perspektivləri” mövzusuna həsr olunmuş tədbir keçirilmişdir. QHGT katibliyinin rəhbəri Ceyran Cəfərovanın moderatorluğu ilə baş tutan tədbirdə sədr  Orduxan Qəhrəmanzadə iştirakçılara post-pandemiya dövründə gənclərin təşəbbüslərinin dəstəklənməsində QHGT-nin rolu, gənclərin səlahiyyətləndirilməsi və təşəbbüslərə cəlb olunmasının təşviqi üçün gələcək planlar barəsində məlumat vermişdir. Daha sonra NAYORA-nın sədri Azər Əliyev NAYORA-nın gənclərlə işin təşkili üzrə geniş təcrübəsini bölüşərək gəncləri təşəbbüslərə açıq olmağa dəvət etmiş və gələcək əməkdaşlıq imkanlarını vurğulamışdır. Tədbir sual-cavab sessiyası ilə yekunlaşmışdır.

   Qeyd edək ki, QHGT 2030-cu ilədək BMT-nin Davamlı İnkişaf Gündəliyinin yerinə yetirilməsi üzrə proqramlar çərçivəsində Qoşulmama Hərəkatı üzv dövlətlərində dayanıqlı inkişafın təmin edilməsində gənclərin rolunun stimullaşdırılması məqsədilə geniş spektrli fəaliyyət həyata keçirir.