Ölkə

Qorxmaz Təhməzlinin yaratdığı BÖHRAN: Şamaxıda 3 gündür, ət satılmır – ETİRAZ

Qorxmaz Təhməzlinin yaratdığı BÖHRAN: Şamaxıda 3 gündür, ət satılmır – ETİRAZbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AQTA-nın absurd qərarı əhalinin ətlə təminatını ciddi sual altına alıb.

Diasporpress.az Yenicag.az – a istinadən xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) heyvanların xüsusi kəsim məntəqələrində kəsilməsi ilə bağlı tələbi ət bazarını çökdürməkdədir.

Qeyd edək ki, AQTA-nın qərarına əsasən, kəsim məntəqələrində kəsilən heyvanın çəkisinin hər kiloqramına görə 1 manat ödənilməlidir. Qəssablər isə bu qərarla razı deyillər.

Çünki belə olduqda, hər kiloqram ət üçün üçün 1 manat ödəməkdən əlavə, heyvanların kəsim məntəqəsinə aparılması və oradan geri gətirilməsi də əlavə xərc yaradır. Bu isə təbii qiymət artımına gətirib çıxaracaq.

Görünən budur ki, AQTA rəhbəri Qorxmaz Təhməzlinin xalqın vəziyyətini yox, öz cibini düşünməsi ölkədə ət böhranının yaranmasına səbəb olacaq.

AQTA-nən məlum qərarı ilə razılaşmayan qəssablər bildirirlər ki, ətin qiyməti bahalaşsa, sosial durumu pisləşən əhali bundan çox əziyyət çəkəcək.

 

 

Diasporpress.az