QONDARMA REJİMİN OYUNCAQ TƏDBİRİ

"Azərbaycan dövləti və xalqı Ermənistanın işğalçılıq və qanlı etnik təmizləmə vasitəsilə ölkəmizin ərazi bütövlüyünü pozması ilə heç vaxt barışmayacaq və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə imkan verməyəcək".

QONDARMA REJİMİN OYUNCAQ TƏDBİRİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə ABŞ Konqresi qondarma “erməni soyqırımı” haqqında qətnamə qəbul etdi. Lakin bununla paralel ABŞ Konqresində daha bir xoşagəlməz hal baş verdi. Erməni lobbisi Türkiyə ilə münasibətlərin soyumasından istifadə edərək daha bir təxribata əl atdı. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan qanunsuz rejimin qondarma təmsilçisi Masis Mayilyan ABŞ-a səfər etdi və Konqresdə tədbir keçirdi.

Düzdür səfərlə bağlı rəsmi Bakı Vaşiqntona öz etirazını bildirdi. ABŞ-ın ölkəmizdəki səfiri Örl Litsenberqer Xarici İşlər Nazirliyinə çağrıldı və ona etiraz notası təqdim edildi. Sənəddə ABŞ tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən səfər edən qondarma qurumun nümayəndələrinə viza verilməsinə etiraz bildirildi və bunun Ermənistan-Azərbaycan münaqişəsi üzrə sülh prossesinə zərbə vurduğu qeyd edildi. Bundan başqa ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə, eləcə də rəhbər heyətinə, bir-sıra komitə sədrlərinə müvafiq məktublar ünvanlandı. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədrinə də bu xüsusda etiraz çatdırıldı.

Bu məqamda sual olunur – Səfər nəyə görə məhz bu dönəmdə reallaşdı ? Tədbiri təşkil edən kim və məqsəd nə idi ?
Əvvəla onu deyim ki, Prezident İlham Əliyev son bir ayda 4 mötəbər tribunadan (“Valdai” Beynəlxalq Diskussiya Klubu, MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası, Türk Şurasının VII Zirvə Görüşü və Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü) Ermənistan hökümətinin siyasətinin təməlində işğalçılıq və faşist ideologiyası durduğunu dünyanın diqqətinə çatdırdı. Dövlət başçısı tarixi faktlarla erməni xislətini ifşa etdi. Onların iç üzünü ortaya qoydu. Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatlar Paşinyan və onun komandası üçün sarsıdıcı zərbə oldu. Bədnam qonşularımızın Azərbaycanın uğurlu siyasəti qarşısında susqunluğu onların acizliyindən və reallığı qəbul etdiyindən xəbər verirdir. Lakin nəsə etmək lazım idi. Əks halda Paşinyanın laxlamaqda olan taxt-tacı əlindən çıxa bilərdi. Və belə olan halda erməni təxribatı yaranmış fürsətdən yararlanmaq qərarına gəldi.

İkincisi – Azərbaycan və Türkiyənin bir çox məsələlərdə xüsusən də terrorçuluğa qarşı mübarizədə həmrəy olması Amerikada müəyyən dairələri narahat etdi. Ermənilər də bundan istifadə edərək, təxribatlarını reallaşdırmağa çalışdırlar. Bu onu göstərir ki, Vaşinqtonda kimlərsə Bakıya təzyiqi artırmaq istəyəndə bu cür “PEŞKALAR”dan – ermənilərdən isifadə edirlər. Bu həm də onu göstərir ki, müəyyən dairələr Azərbaycan-ABŞ əlaqələrinə zərbə vurmağa çalışır.

Burada bir haşiyəyə çıxaraq onu da deyim ki, ABŞ Dövlət Departamentinin müxtəlif ölkələrin terrorçuluqla mübarizədə atdığı addımlar barədə hesabatını açıqladı. Qeyd olundu ki, Azərbaycan hökuməti öz ərazisindən və dəniz sərhədlərindən, eləcə də bütünlüklə C.Qafqazda insan, pul və material daşınması ilə məşğul olan terror qruplaşmalarının səylərinin qarşısının alınması istiqamətində fəal iştirak edib. Maraq üçün qeyd edim ki, bir müddət əvvəl Türkiyə Suriyada “Barış pınarı” adlı antiterror əməliyyatı keçirdi. Ermənilər isə açıq şəkildə terrorçulara dəstək nümayiş etidirərək bir qrup silhalı dəstəni Suriyaya – yəni Türkiyəyə qarşı vuruşmaq üçün göndərdi.

ABŞ DAĞLIQ QARABAĞDAKI QANUNSUZ REJİMİ TANIMIR

Qayıdaq Konqresdə baş tutan “TƏDBİR”ə. Konqresdə bu səpkili tədbirlər mütamadi olaraq keçirilir. Onların heç birinin hüquq statusu yoxdur. Yəni tədbirdə səsləndirilən fikirlər və ya qəbul edilən hər hansı bir qərar elə həmin otağda qalır. Öz büdcəsini Birləşmiş Ştatların erməni icmasının hesabına dolduran Amerika Erməni Milli Komitəsi tərəfindən təşkil edilən bu dəfə ki, tədbirə də elə bu qəbildəndir.

Xatırladım ki, ABŞ tərəfi Masis Mayilyanın səfərinin şəxsi xarakter daşıdığını və administrasiyanın onu dəstəkləmədiyini və onun hər hansı administrasiya rəsmisi tərəfindən qəbul edilməyəcəyini bildirdi. ABŞ-ın ölkəmizdəki səfiri Ö.Litzenberqer isə ABŞ-ın Dağlıq Qarabağdakı rejimi tanımadığını vurğuladı.

Bu bir daha Azərbaycanla ABŞ arasında strateji əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərdi. ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən milli dövlətçilik kursunun dönməzliyi ilə əlaqədardır.

Sonda onu deyim ki, Dağlıq Qarabağ – Azərbaycandır! Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissədir. Azərbaycan dövləti və xalqı Ermənistanın işğalçılıq və qanlı etnik təmizləmə vasitəsilə ölkəmizin ərazi bütövlüyünü pozması ilə heç vaxt barışmayacaq və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə imkan verməyəcək.

ALLAHVERDİ NADİROĞLU