Ölkə

Qobustanda “Qalib Gənclərimizin “Zəfər” Velo yürüşü” adlı tədbir keçirildi – FOTOLAR

Qobustanda “Qalib Gənclərimizin “Zəfər” Velo yürüşü” adlı tədbir keçirildi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

11 aprel 2022 ci il tarixində Qobustan rayonunda Qobustan Gənclər Evi və Qobustan rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Qalib Gənclərimizin Zəfər Velo yürüşü” adlı tədbir keçirilib.

Tədbirin məqsədi Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsi olaraq Rəşadətli Ordumuzun qazandığı Böyük Zəfərin başlanğıcı “Aprel döyüşləri” qəhramanlarını yad etmək və vətənpərvər  gənclərimizin dövlətçilik naminə birliyini nümayiş etdirməkdir.

Tədbirin 1ci hissəsində  YAP Qobustan rayon təşkilatı sədri Qasım  Qasımov,  Qobustan rayon İcra Hakimiyyəti nümayəndəsi Aftandil Şikarov,  Qobustan  Gənclər Evi SMX-nin direktoru Anar İrzaquluyev və Qobustan rayon Gənclər və İdman idarəsinin rəisi Qadir Əkbərov çıxış etdilər. Çıxışlar zamanı əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sağlam və vətənpərvərlik ruhu yüksək olan gənclərin yetişdirilməsi üçün aparılan gənclər siyasətindən danışılıb, eyni zamanda “Aprel döyüşləri” qəhramanları yad edilib və Qobustan gənclərinin yüksək  vətənpərvərlik ruhu müsbət qiymətləndirilib.

Tədbirin 2ci hissəsində isə Qobustan Gənclər evinin qarşısında “Velo” yürüşün qırmızı lenti Şəhidlərin valideynləri tərəfindən kəsilib və yürüşə start verilib.

Velo yürüşün marşurut xətti üzrə gənc idmançılar ilk öncə Qobustan rayon Şəhidlər Xiyabanını, daha sonra Şəhid Hacıyev Sərxan Eldar oğlunun xatirəsinə inşa edilmiş bulağı, Şəhid Nadirov Fədail Fərhad oğlu adına əbədiləşdirilən şəhər mərkəzində yerləşən parkı və Vətən Müharibəsi Qəhrəmanı Elyar Arif oğlu Vəliyevin xatirəsinə inşa edilmiş bulağı ziyarət etdilər.

Velo yürüşdə AzVİF-in Şamaxı filialının üzvləri və qobustanlı gənclər, ümumilikdə 30 velosiped sürən gənc iştirak etdi. “Velo” yürüş rayon sakinləri tərəfindən böyük maraqla qarşılandı.