Qobustan rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Qobustan rayonunda baş verən ağır yol qəzasında iki nəfər ölüb.

Qobustan rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş veribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qobustan rayonunda baş verən ağır yol qəzasında iki nəfər ölüb.

DiasporPress.az xəbər verir ki, hadisə nəticəsində Ağsu rayon sakini, 1966-ci il təvəllüdlü Rüstəmov Əhmədağa Əhmədalı oğlu və 1994-cü il təvəllüdlü Rufullayev Samir Cəfərxan oğlu dünyasını dəyişib.

Qəza zamanı Ağsu rayon sakinləri – 1961-ci il təvəllüdlü Şıxəliyeva Fəridə Balda qızı,1964-cü il təvəllüdlü Rüstəmova Gülzar Balda qızı və Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Verdiyev Seyidağa Elçin oğlu isə xəsarət alıblar.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

 

DiasporPress.az