Dünya

Qırğızıstanda matəm elan edildi

Qırğızıstanda matəm elan edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistanla sərhəddə baş verən qarşıdurmada ölənlərlə əlaqədar Qırğızıstanda iki günlük matəm elan edilib.

Bu barədə Qırğızıstan Respublikasının prezidentinin mətbuat xidmətindən xəbər verilib.

Bildirilir ki, matəm günlərində, yəni mayın 1-i və 2-sində ölkə daxilində, eləcə də xaricdəki diplomatik və konsulluq idarələrinin binalarında dövlət bayraqları endiriləcək. Mədəniyyət müəssisələri və televiziya kanallarına əyləncə tədbirlərinin və proqramlarının ləğvi tövsiyə olunub.

Xatırladaq ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin yerli sakinləri arasında münaqişə iki ölkənin hərbçiləri arasında silahlı qarşıdurmaya çevrilib. Altı saatdan çox davam edən qarşıdurmalar nəticəsində hər iki tərəfdən də təxminən 40 nəfər ölüb, 200-dən çox insan yaralanıb.

Həmin axşam tərəflər atəşkəs və qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəliblər.

 

Diasporpress.az