Diaspor

QHT sədri Türkiyədə keçirilən beynəlxalq tədbirdə iştirak edib – FOTOLAR

QHT sədri Türkiyədə keçirilən beynəlxalq tədbirdə iştirak edib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Türk İş Konseyinin qurultayında iştirak edib.

İnterpress.az xəbər verir ki, azərbaycanlı QHT sədrinin iştirakı beynəlxalq tədbirin təşkilatçılarının dəvəti ilə baş tutub.

Dünyanın 100-dən ölkəsindən dəvət olunan qonaqların iştirakı ilə keçirilən qurultayda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Beynəlxalq tədbirə Türkiyə və Azərbaycanın dövlət rəsmiləri, QHT və diaspor nümayəndələri və digər şəxslər qatılıblar.

Tədbirdə Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili ilə yanaşı Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər iştirak ediblər.

T.Allahverdili qurultay çərçivəsində bir sıra görüşlər keçirib.

O, görüşlər zamanı son günlər Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfindən törədilən təxribatlardan danışıb. Bildirib ki, Azərbaycan dövlətinin regionda və bölgədə sülh prosesi üzərində işlədiyi bir dönəmdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatları bu ölkənin terror siyasəti yürütdüyünün bariz nümunəsidir.

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə ermənilər tərəfindən törədilən hücumlardan söz açan QHT sədri vurğulayıb ki, Ermənistan dövləti həm ölkəsinin daxilində, həm də xaricdə azərbaycanlılara qarşı nifrət siyasətini davam etdirir.

Türkiyə-Azərbaycan əlaqələrinə toxunan T.Allahverdili söyləyib ki, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında hər iki qardaş ölkənin münasibətləri artan xətlə inkişaf etməkdədir. O, Türkiyə Azərbaycan əlaqələrinin heç bir dövrdə indiki qədr möhkəm olmadığını xatırladıb.

Həmçinin T.Allahverdili qurultay çərçcəsində Türkiyənin diaspor nümayəndələri ilə bir sıra görüşlər keçirib. Görüşlər zamanı xaricdə birgə fəaliyyət məsələləri müzakirə olunub. Eləcə də gələcəkdə birgə fəaliyyətin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.