Ölkə

QHT “Qarabağı Tanıyaq” layihəsinin son tədbirini Balakəndə keçirib

QHT “Qarabağı Tanıyaq” layihəsinin son tədbirini Balakəndə keçiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gənclər Fondunun dəsətəyi ilə “Gənclərin Həmrəyliyi” ictmayi birliyi “Qarabağı Tanıyaq”layihəsi  çərçivəsində Esse yazı müsabiqəsi  tədbirini  20.11. 2021- cil tarixdə Qax rayon GİKM-də  və 22.11.2021-ci il tarixdə isə son tədbirini  Balakən rayonu Gənclər və İdman İdarəsinin ofisində hər rayondan  25 gənc olmaqla həyata keçirmişdir.
Hər iki rayonun gənclərinə Qarabağ  haqqında və 30 il işğal altında saxladıqları ərazimizdə erməni vəhşiliyinin  nəticəsində dağıdılmış abidələr ,törədilmiş ekoterror haqqında məlumat verilmiş,Karabakh.Center saytında  dağıdılmış rayonlarımız haqqında yerləşdirilmiş  film nümayiş etdirilmişdir.
Müasir Azərbaycan Gənclərinin  erməni vandalizmini unutmaması və törətdikləri vəhşiliyi gələcək nəsillərə ötürülməsi məqsədilə həyata keçirilən layinənin başlıca vəzifəsi Gənclərin  azərbaycan tarixini daha mükəmməl mənimsəmələri və Qarabağın qədim abidələri,milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması ,30 il müddətində erməni işğalçılığını,qədim torpaqlarımızn azadlığı uğrunda Vətən Müharibəsinin tarixi ,Şəhidlərimizi unutmamalarıdır.
QDF nümayəndəsi Aybəniz İsmayılova Qarabağın yenidənqurma planının beş istiqaməti haqqında və gənclərin Qarabağ ərazisində erməni vandalları tərəfindən dağıdılmış abidlərimizlə bağlı geniş məlumat çatdırdı.
Hər rayonda 25 gənc olmaqla Qarabağ abidələri və Qarabağın gələcəyi  haqqında yazdıqları Esse yazıların təqdimatı keçirildi və hər rayon üzrə bir qalib seçilməklə bütün iştirakçılar mükafatlandırıldı.
Azərbaycan Gəncliyi  Ən  Yeni Tarixin Şanlı səhiflərini yaşayır və gəlcək nəsillərə fəxr dolu,qürur verici günləri n çatdırılması  məsuliyyətini  layiqincə yerinə yetirəcəkdir.
Sonda Gənclərlə Qarabağ  Azərbaycandır! Dedik/