Ölkə

Qətərin Azərbaycandakı səfiri Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında olub

Qətərin Azərbaycandakı səfiri Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AZƏRBAYCANDA KORONAVİRUSLA BAĞLI XƏBƏRLƏR
KORONAVİRUSUN ONLAYN STATİSTİKASI
Qətərin Azərbaycandakı səfiri Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında olubbackend
01 Sentyabr 2023, 18:13Siyasət12
Qətərin Azərbaycandakı səfiri Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında olub

facebook
twitter
whatsapp
share
1 sentyabr 2023-cü il tarixində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) nümayəndələri ilə Qətər Dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri cənab Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab arasında görüş keçirilib.

İnterpress.az xəbər verir ki, görüş QHGT-nin mənzil-qərargahı və onun daxilində təsis olunmuş tədqiqat mərkəzi ilə tanışlıqla başlayıb. Mənzil-qərargahında yaradılan şəraiti yüksək qiymətləndirən səfir Təşkilatın Qoşulmama Hərəkatı gənclərinin kollektiv fikir mübadiləsi üçün geniş imkanlar yaratdığını bildirib.
Görüş müzakirə ilə davam edib. QHGT-nin sədri Orduxan Qəhrəmanzadə səfiri salamlayaraq Təşkilatın yaranma tarixi, missiyası və dəyərləri, o cümlədən ikiillik fəaliyyəti dövründə reallaşdırdığı irimiqyaslı tədbirlər barədə ətraflı məlumat verib. Qətər gənclərinin QHGT-nin irəli sürdüyü təşəbbüslərdə geniş iştirakının təmin olunmasının əhəmiyyətindən söz açan sədr bu prosesdə QHGT-nin Qətər Dövləti üzrə Milli Bölməsinin yaradılmasının vacibliyini vurğulayıb. Ardınca, cənab Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Təşkilatın uğurlu işi ilə bağlı məmnuniyyətini ifadə edərək Təşkilata gələcək fəaliyyətlərində uğurlar arzu edib. Qarşılıqlı əlaqələrin inkişafında maraqlarını ifadə edən tərəflər potensial əməkdaşlıq perspektivlərini dəyərləndirərək bu istiqamətdə həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparıblar.
Görüş zamanı O. Qəhrəmanzadə QHGT-nin adından səfirə xatirə hədiyyəsi təqdim edib. Görüşün sonunda xatirə fotosu çəkilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin Hərəkata sədrliyi dövründə yaradılan Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Hərəkatın institusional inkişafı üçün atılmış vacib addımlardan biridir. 2022-ci ilin iyul ayında Şuşa Akkordları sənədi ilə Şəbəkədən Təşkilata çevrilmiş QHGT-nin əsas missiyası cəmiyyətin aktiv üzvləri olan gənclərin müasir, milli və dünyəvi problemlərin həllində həmrəy fəaliyyətinə təkan verməkdir.