“Qəbələ” sponsorunu itirdi – Vəziyyət necə olacaq?

“Gilan Holdinq” 2020-ci ilin yanvarın 1-dən “Qəbələ” klubuna sponsorluğu dayandıracaq.

“Qəbələ” sponsorunu itirdi – Vəziyyət necə olacaq?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gilan Holdinq” 2020-ci ilin yanvarın 1-dən “Qəbələ” klubuna sponsorluğu dayandıracaq.

Qol.az-ın əldə etdiyi xəbərə görə, şirkət növbəti il üçün kluba pul ayırmayacaq.

Buna holdinqin özünün də maliyyə çətinlikləri ilə üzləşməsi səbəb olub.

Belə bir durumun yaranacağından “Qəbələ” rəhbərliyi bir neçə ay əvvəldən məlumatlı olub. Ona görə də klub rəhbərliyi hələ bir müddət əvvəl yeni sponsor axtarışına çıxıb. Bununla bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla görüş də keçirilib. Federasiyanın “Qəbələ”yə kömək edəcəyini bildirsə də, iddialara görə, hələlik bununla bağlı real addımlar atılmayıb.

Amma yanvar ayından AFFA-nın “Qəbələ”yə maliyyə yardımı ayıracağı da istisna deyil. Hazırda durum belədir ki, ortada konkret heç nə yoxdur və “Qəbələ”nin vəziyyəti qeyri-müəyyəndir. Buna görə də klubun yanvarın əvvəlindən fəaliyyətini dayandıracağı ehtimalı az deyil.

Hər şeyin yaxın vaxtlarda dəqiqləşəcəyi gözlənilir. Əgər qısa müddətdə sponsor tapılmasa, təəssüf ki, Azərbaycan futbolu üçün böyük işlər görmüş klub dağılmalı olacaq. Bununla da daha bir bölgə kluba tarixin yaddaşına köçəcək.

Ümid edək ki, klub və AFFA növbəti dəfə müzakirə aparmaqla vəziyətdən çıxış yolu tapa biləcək və “Qəbələ” fəaliyyətini təkcə bu mövsümü sonuna qədər deyil, növbəti illərdə də davam etdirəcək.

Qeyd edək ki, “Qəbələ” klubunun Prezidenti Tale Heydərov istefa verdikdən sonra “Gilan Holding”in də sponsorluqdan imtina edəcəyi gözlənilirdi.

 

DiasporPress.az