Diaspor

Qazaxıstandakı diaspor üzvləri dünya birliyini Ermənistana təzyiq etməyə çağırıblar

Qazaxıstandakı diaspor üzvləri dünya birliyini Ermənistana təzyiq etməyə çağırıblarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Kostanay vilayətində fəaliyyət göstərən “Birlik” ictimai təşkilatının təşəbbüsü ilə Ermənistanın xalqımıza qarşı məkrli siyasəti davam etdirməsinə və azad olunmuş torpaqlarımızda minalanmış sahələrin xəritələrini təhvil verməkdən imtina etməsinə etiraz əlaməti olaraq tədbir keçirilib.

Tədbirdə “Birlik” ictimai təşlilatının sədri Rәfail Hacibalayev və digər diaspor fəalları çıxış ediblər. Bildirilib ki, 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan parlaq Qələbədən sonra Azərbaycan dövləti yüz minlərlə insanın öz doğma ata-baba ocaqlarına qayıtmasını təmin etmək məqsədilə bütün imkanlarını azad olunmuş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsinə və bərpa işlərinin aparılmasına yönəldib. Lakin bu işlərin daha sürətlə getməsinə mane olan əsas amil ərazilərin kütləvi şəkildə minalanması və Ermənistan hökumətinin mina xəritələrinin təhvil verməkdən imtina etməsidir.

Ermənistan hökumətinin davranışını beynəlxalq humanitar hüquq normalarını kobud və ciddi şəkildə pozulması kimi qiymətləndirən tədbir iştirakçıları dünya birliyini və beynəlxalq təşkilatları bu məsələnin dərhal və qeyd-şərtsiz həlli naminə Ermənistana təyziq göstərməyə, minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsinə nail olmağa çağırıblar.

 

 

Diasporpress.az