QHT-lərə Dövlət Dəstəyi Agentliyi və “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” ictimai birliyinin birgə təşkilatçılığı ilə “Mənim Brendim”adlı layihə çərçivəsində 10 oktyabr 2022-ci il tarixdə Qazax rayonunda “Şuşa İli-2022″çərçivəsində 4 bölgədən sahibkarların qatıldığı “Sahibkarlıq Forumu”baş tutub.
Forumun məqsədi regionların sosial iqtisadi inkişafına dəstək vermək və sahibkarlar arasında şəbəkələşməni təmin etməkdir .Xüsusilə bölgədə əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə kiçik sahibkarlığın inkişafına və ümumilikdə kənd təsərrüfatı sahəsində aqrar sahibkarlıqla məşğul olan sahibkarların problemlərinin həllində dəstək olmaqdır.
Forumda iştirak edən sahibkarlar fəaliyyətlərinin inkişafında yaranan problemləri səsləndiriblər.
Tədbirdə iştirak edən KOBİA-nın Qazax-Gəncə üzrə nümayəndəsi Anar Əliyev və Dövlət Məşğulluq Agentliyinin Qazax nümayəndəsi Elvin Vəliyev və digər aidiyyatı qurumlar,bank nümayəndələri sahibkarların suallarını cavablandırıblar və təklifləri dinləyiblər.
Forumun işi uğurla başa çatdırılıb.