Ölkə

Qazax RİH başçısının birinci müavininin övladına toy etməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir – AÇIQLAMA

Qazax RİH başçısının birinci müavininin övladına toy etməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumat üçün qeyd edirik ki, 16.06.2021-ci il tarixdə bəzi xəbər saytlarında Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyevin karantin rejiminə əməl etməyərək oğluna toy etməsi barədə həqiqətə uyğun olmayan xəbər yayılıb.

Qazax Rayon İcra Hakimiyyəti olaraq bildiririk ki, icra başçısının müavininin karantin qaydalarına zidd olaraq, övladına toy mərasimi keçirməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Qazaxda da xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə birmənalı şəkildə ciddi əməl olunur, vətəndaşlarla mütəmadi olaraq izahedici söhbətlər aparılır.

İddia edilən məsələyə gəldikdə isə bildirmək istəyirik ki, Qazax rayonu ərazisində nə toy mərasimi, nə də ki, hər hansı məclis təşkil edilməyib.

Xatırladaq ki, karantin rejimindən irəli gələn mövcud qaydalara görə toy etmək qadağan edilsə də, rəsmi nikaha girməklə ailə qurmaq yasaq deyil. Elə yazıda adı çəkilən cütlük də toy mərasimi təşkil etmədən, məhz rəsmi nikahla ailə qurub.

Heç bir konkret fakta əsaslanmayan bu qərəzli məlumatın paylaşılması isə rayonda görülən işlərə kölgə salmaqdan başqa bir məqsəd daşımır.

 

İnterpress.az