Ölkə

Qayıdış və Quruculuq Komitəsi ad olaraq təklif edildi

Qayıdış və Quruculuq Komitəsi ad olaraq təklif edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağın Azərbaycanlı icmasının ləğvi Vətən Müharibəsində qələbəmizin siyasi nəticəsidir və bu 1-ci Qarabağ savaşının mirası ilə vidalaşmaq deməkdir. Vaxtilə ölkə daxilində və beynəlxalq aləmdə bir milyon insanın hüquqlarını qorumaq məqsədini qarşıya qoyan təşkilatın mövcud olduğu 15 ildə xidmətləri danılmazdır, eləcə də dövlətimizin hüquqi-siyasi mövqeyinin güclənməsində, düşmən tərəfinin danışıqlarda müstəqil tərəf kimi iştirak planlarının iflasa uğradılmasında qurum əhəmiyyətli rol oynadı”.

İnterpress.az xəbər verir ki, bu fikirləri parlametin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Zahid Oruc bildirib.

Deputat qeyd edib ki, icmanın ləğvi daha iki mesajın dünyaya verilməsidir:

“Birincisi, status olmayacaq. Yəni, “erməni icması” anlayışı qəbul edilməyəcək, onlar əlahiddə hüquq və güzəştlər gözləməsinlər, digər etnik qruplar kimi Azərbaycan Konstitusiyasına tabe olub yaşaya bilərlər. Nəhayət, Azərbaycanlı icmasının ayrıca ictimai-siyasi vahid kimi ləğvi Minsk Qrupunun öz varlığını münaqişə və icmalar üzərindən saxlamaq istəklərinə qarşı da növbəti diplomatik cavabdır. Qoy Minsk qrupu Qarabağ əvəzinə üç ölkənin arasındakı gərginliyi – Moskva,  Vaşinqton və Parisin münasibətlərində illərdir hökm sürən sanksiya müharibələrini  çözsün!

İndi xalqımız hərbi Qələbədən sonra mühüm çağırışlar qarşısındadır. Biz işğal  dövrünün bütün strukturlarını qələbə zamanına uygunladırmağı bacarmalıyıq. Daha hansı qurumların yenilənməsinə və institusional tədbirlərə ehtiyac var? Şübhə yoxdur ki, indi quruculuğu bir nömrəli dövlət işinə çevrilən Şuşa şəhərinin bir vaxtlar Bakıda inşa edilən inzibati binasından-icra hakimiyyətindən öz əzəli ünvanına köçməsi-fərəhli qayıdış aktı olacaq! Bilavasitə ölkə başçısının tapşırıgı ilə tikilən və açılışında şəxsən iştirak etdiyi binanın gələcək təyinatının da məhz siyasi qərarla veriləcəyi şübhə doğurmur. Özünün arxitektur gözəlliyi ilə seçilən və düşərli bir ünvana çevrilən Şuşa icra hakimiyyətinin binası gələcək siyasi ideallarımıza uyğun İrəvan-tarixi yaddaş binasına çevrilməklə varislik ənənlərinin qorunmasına, növbəti on illərin milli hədəflərinə xidmət edəcəkdir.

Qələbə dövrünün qarşıya qoyduğu mühüm vəzifələrdən biri də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Qayıdış və Quruculuq Komitəsinə çevrilməsidir. Dünyada mövcud olan 80 milyondan çox köçkündən yalnız bizim xalqımıza nəsib olan qayıdış hadisəsi çoxəsrlik tariximizin ən parlaq səhifəsidir və ona görə də hazırda böyük miqyaslı işlər icra edən Komitənin, onun fədakar rəhbərliyinin və kollektivinin 100 minlərlə vətəndaşımızın doğma torpaqlarımıza qayıdışında da görəcəkləri işlər misilsizdir. Beləliklə, biz təkcə dövlət-hökumət institutlarını deyil, ictimai-siyasi leksikonumuzu, təhsil, mədəniyyət və ədəbiyyat sistemimizi, kitablarımızı,  siyasi proqram və konsepsiyalarımızı parlaq Qələbəmizə uyğunlaşdırmalıyıq. Yeni milli kimlik, yeni qalib xalq və dövlət statusu bizdən fərqli ideologiya, yeni düşüncə və yeni hədəflər tələb edir!”.

 

DİASPORPRESS.AZ