Yerli sakinlərin sözlərinə görə, artıq 20 ildən çoxdur ki, bu vəziyyətdə olan Qaratala kənd məscini ilə maraqlanan yoxdur. Yerli icra orqanları dəfələrlə Qaratala kəndinə gəlsələr də, kənd məscidinin təmir olunması ilə bağlı heç bir addım atmır, kənd sakinlərinin, xüsusən də kəndin inanclı insanlarının müraciətləri eşidilmir. Magistral yolun kənarında yerləşən və dağılmaq üzrə olan Qaratala kənd məscidinin bu vəziyyətini görməzdən gələn yerli məmurların Allahın Evinə münasibəti heç cür izah oluna bilməz.
Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət edəcəyini deyən Əhməd Şahidov tezliklə Qaratala kənd məscidinin əsaslı təmir olunmasına çalışacaqlarını bildirib.