Diaspor

Qasım Nəsirov “Qarabağ Dirçəliş Fondu”nun yaradılmasını insanların tez bir zamanda Qarabağa qayıtması üçün başlanğıc olacaq

Qasım Nəsirov “Qarabağ Dirçəliş Fondu”nun yaradılmasını insanların tez bir zamanda Qarabağa qayıtması üçün başlanğıc olacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov belə bir Fondun yaradılmasını insanların tez bir zamanda Qarabağa qayıtması üçün başlanğıc olduğunu bildirib:

“Qarabağ Dirçəliş Fondu”nun yaradılması çox yaxşı təşəbbüsdür. Bu o deməkdir ki, insanlarımız qısa zaman ərzində Qarabağa qayıtmalıdır. Hesab edirəm ki, xaricdə yaşayan imkanlı azərbaycanlılar, biznesmenlər bu Fonda dəstək olacaq. Ancaq mənim bəzi fikirlərim var. Düşünürəm ki, biz ermənilərdən təzminat tələb etməliyik. 30 ilə yaxın müddətdə onlar bizim tarixi və dini abidələrimizi məhv ediblər, infrastrukturu dağıdıblar. Ona görə də BMT kimi təşkilat təcili formada Ermənistandan dəymiş ziyanın məbləğini tələb etməli və həmin məbləğ hesabına Qarabağımız dirçəlməlidir. Təbii bu mənim fikrimdir. Ancaq xaricdə yaşayan imkanlı azərbaycanlı iş adamları aktiv olmalıdırlar. Çünki bir çox ölkələrin hansısa nümayəndəsi yaşadığı ölkədə böyük biznes şəbəkəsi qurubsa,  həmin şəxs dərhal öz dövlətinə dəstək olur. İnanıram ki, biz bu halı “Qarabağ Dirçəliş Fondu”na qarşı görəcəyik. İmkanlı azərbaycanlılar dəstək nümayiş etdirəcəklər”.