Qaradağ rayonunda avtobusdan enmək istəyən sərnişin ağır xəsarət alıb.
DiasporPress.az xəbər verir ki, hadisə Buta qəsəbəsində baş verib.
1980-ci il təvəllüdlü İsmayılov Elnur Cavad oğlu 126 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusundan düşmək istəyib. Bu zaman o, hərəkət etməyə başlayan avtobusdan yerə yıxılıb.
Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. E.İsmayılovun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
DiasporPress.az