Manşet

Qarabağ Zəfərinin Kodları və Türk Dünyası perspektivindən bəzi nəticələr – Deniz Demir

Qarabağ Zəfərinin Kodları və Türk Dünyası perspektivindən bəzi nəticələr – Deniz Demirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük mübarizədən sonra Azərbaycan 30 ilə yaxındır Ermənistan tərəfindən işğal olunmuş ərazilərini geri aldı. Cəbhədə gedən mübarizə ilə bərabər, əslində diplomatiyadandanışıqlara qədər bir çox fərqli məcrada mübarizə davam etmişdir. Nəhayətində, bu mübarizədə Azərbaycan üstünlük qazanmış, Ermənistan davam etdikcə daha da cılızlaşdığı birmüharibənidavam etmənin mənasızlığını qəbul edərək ortaq məxrəcə gəlmişdir. Qarabağda qazanılan qələbənin kodlarını araşdırarkən güclü siyasi iradədən, doğru aparılan danışıqlara, hərbi və diplomatik potensialdan,tarixi motivasiyaya qədərmüxtəlif amillərisadalamaq mümkündür. Bütün bu amilləri sadalayarkən, Türkiyənin dost və qardaş ölkə olan Azərbaycana verdiyi dəstəyini xüsusivurğulamaq lazımdır.

Lider diplomatiya, güclü əməkdaşlıq,özünə inamlı siyasi iradə, tarixi motivasiya və legitimlik, S / İHA faktoru, hərbi və diplomatik potensial, Türk diasporasınınhəmrəyliyi, təsirli və düzgünkommunikasiya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər fürsətdə və hər sahədə Azərbaycanabirbaşa təklif etdiyi dəstək ilə ikiölkənin prezidentləri Ərdoğan və Əliyev arasındamüşahidə edilən son dərəcə səmimi münasibət münaqişənin həlli yolundaəhəmiyyətli bir element olmuşdur. Əslində liderlər səviyyəsində görülən bu yaxınlıq, hər iki cəmiyyətdə öncədənmövcud olan empatiyanın və birliyin daha da güclənməsinə və möhkəmlənməsinə səbəb olmuşdur. Prezident İlham Əliyevin dünya ictimaiyyətinin qarşına hər fürsətdə güclü bir lider profili olaraq çıxması Azərbaycanın mübarizənin hər mərhələsində qətiyyətlə hərəkət etməsində də təsirli oldu və kütlələriAli BKomandandan” şüarı və nidaları ətrafındabirləşdirdi. 30 illik proses və bu dövrdəki təcrübələr Azərbaycanda tarixi bir motivasiya yaratmışdır; Ermənistanın  əldə edilmiş atəşkəsi tez-tez pozması və işğal olunmuş əraziləri azad etməyə olan inamAzərbaycanın bu mübarizəyə başlamasındaqanuni bir əsas olmuşdur. Bu legitimlik xüsusilə beynəlxalq aləm Azərbaycan əleyhinə səslənəcək iddiaların böyük ölçüdəqarşısını aldı. Türkiyənin hərbi sənayedəki uğurları, ələlxüsus da Milli TexnologiyaHəmləsi məhsullarından olan İHAların bundan öncə Suriya və Liviyadaki əməliyyatlarda qazandıqları uğurlar, şübhəsiz ki, Azərbaycanın da Ermənistana qarşı mübarizə meydanındaüstünlük təşkil etməsində son dərəcə həlledici amil olduğunu sübut etdi.

Əlbətdə qazanılan uğurların masada da davam etməsi gərgin və dinamik bir prosesi doğurmuşdur. Bu müddətdə, Türkiyə  diplomatiya sahəsində də Azərbaycan üçün hər cür dəstəyi təmin edərkən ( təkcə Xarici İşlər Naziri Mevlut Çavuşoğlu bu44 gün ərzində 5 dəfə rəsmi Bakını ziyarət etdi); rahatlıqla demək mümkündür ki, Azərbaycan30 ildə hərbi sahədə qazandığı gücü və uğurları diplomatiya sahəsində də əldə etmişdir. Beləliklə, proses boyunca müxtəlif ölkələrdən gələn təzyiqlər və təsirlərəbaxmayaraq, masada üstünlük əldə edərkən, milli maraqları və hədəfləri güdən, rasional, realist və özünə inamlı bir tutum sərgiləyənAzərbaycan profilini izlədik.

Ermənistandan danışanda diaspora amilini nəzərə almaq vacibdir. ABŞ-da və Avropanın müxtəlif ölkələrində olan erməni diasporasının, Ermənistan hökumətinin Bərdəvə Gəncədə törətdiyi uşaq, qoca, qadın fərq etmədən günahsız mülki insanları hədəf alan hücumları həyata keçirdiyini daha öncələri də gördük.  Yaşadıqları cəmiyyətlərin birlik, dinclik və təhlükəsizliyini pozan bu kimi hücumlara qarşı TürkiyəAzərbaycan diasporalarının isə birlik və bərabərlik içərisində Azərbaycanın haqq savaşını dünya ictimaiyyətinə duyuracaq proqramları həyata keçirdiyinə şahid olduq. Bu səbəbdən  türk diasporası həmrəyliyindən danışmaq mümkündür.

Bütün bu proses boyunca ortaya qoyulan operativ, şəffaf və düzgün kommunikasiyayanaşması Azərbaycan üçün təsirli bir təbliğata çevrilmiş, müxtəlif uydurma və yalan xəbərlər yaymağa cəhd göstərən Ermənistanın dezinformasiyalarınınboşa çıxmasına səbəb olmuşdur. Beləliklə, qələbənin sirləri olaraq lider diplomatiyası, Türkiyə və Azərbaycanın güclü əməkdaşlığı, özünə güvənən siyasi iradə, tarixi motivasiya və legitimlik, S / İHA faktörü, hərbi və diplomatik potensial, Türk diasporasıhəmrəyliyi, təsirli və düzgün komunikasiyanısadalamaq mümkündür.

Türk Dünyası perspektivindən bəzi nəticələr …

Qələbənin Türk Dünyası üçün nəticələri bir neçə başlıq altında da müzakirə edilməlidir. İlk növbədə söyləmək lazımdır ki, Türkiyə ilə Azərbaycanın münasibətləri əvvəlki kimi olmayacaq. Çünki bu müddət ərzindəgözləniləndən daha güclü bir həmrəylik doğdu. Türkiyə Azərbaycan arasındaNaxçıvan üzərindən təmin ediləcək nəqliyyat xətti, razılaşdırılmış müşahidə mərkəzi və bəlkə də gələcəkdə Azərbaycanıntələbi ilə Azərbaycanın fərqli bölgələrində yerləşəcək Türk hərbi birlikləri göz önündə tutulduğunda bir çox sahədə zəngin iş birliyi və həmrəylik görəcəyimiz günlər hələ qabaqdadır. Müqavilədən sonra səslənən fikirlər və hər iki ölkənin açıqlamalarının bu proqnozu təsdiqlədiyini söyləmək mümkündür.

Qazanılan qələbə Ermənistanın məğlubedilməz ordusu haqdaolan mifi dağıtmaqla; Azərbaycanda məğlub psixoloji həddi aşmaq baxımından əhəmiyyətli bir nəticə doğurmuş, Türk Dünyasının hərbi zəfəri olaraq da qəbul edilmişdir. Bu məqamda Türk Dünyasının qazandığı, özünə güvən və motivasiyadan bəhs etmək yanlışolmaz. Naxçıvan üzərindən qurulacaq nəqliyyat xəttinin Türkiyəni Türk dünyasına, Türk Dünyasını da Türkiyə üzərindən Qərbə bağlayacaq olması, iqtisadi və ticari mənada yeni perspektivlərin yolunu açma potensialına sahibdir.

Türkiyə və Azərbaycanın bu müddətdə qələbə ilə nəticələnən əməkdaşlığı Türk dünyası üçün də əhəmiyyətli bir nümunədir. Çünki, bu günə qədər daha çox “yumşaq” (soft) güc üzərindən qurulmasına çalışılmış əməkdaşlığın “sərt” (hard) gücsahəsində dəinkişaf etdirilərək nəticə əldə edilə biləcəyi sübut edilmiş oldu. Üstəlik, Türkiyənin təcrübəsi dəstəyinin Türkdünya üçün əhəmiyyətli bir qaynaqqazanc olduğu açıq aşkar görüldü.

Beynəlxalq arenada xroniki və mürəkkəb bir problemə çevrilmiş Qarabağ münaqişəsininhəllsizliyi döyüş meydanında qazanılan zəfər qırılaraq və qazanca dönüşdürülərəkTürk Dünyası başda olmaqla digər problemli məsələlərin həllində də nümunə təşkil etməsi mümkündür.

İham Əliyevin mənalı çıxışı …

Son olaraq, prosesin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin: ‘30 ildir danışırıq, həll yoluna gələ bilmədik. Artıq danışmayacağıq; lazım olanı edəcəyik. ” minvalındaki çıxışı problemi həll etməyə iddiasında olan beynəlxalq qurum təşkilatların səmərəsizliyini ortaya qoyanmənalı bir çıxış olaraq tarixdə özünə yer etdi.

Deniz Demir
Tədqiqatçı