Ölkə

Qanla yazılan dastan!

Qanla yazılan dastan!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının uzun müddətdir uğruna savaşdığı, qəhrəmanlıq göstərdiyi Qarabağ nəhayət ki, öz sahiblərinə, öz doğma xalqına qovuşdu. Erməni daşnaklarının işğalından qurtulan torpaqlarımızın hər dənəsində,hər zərrəsində igid oğullarımızın axıtdığı qan var. İgidlərimizin,qorxmaz oğullarımızın uğruna can verdiyi bu torpaqlar bizə candan əzizdir.

Anaların-ataların can parçalarını göndərdiyi zaman duyduğu fəxr hissi,Qarabağın geri alınması ilə qat-qat artmışdır. Müharibə dövründə hər dəfəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən yayılan video-görüntülər ordumuzun və ordumuzun istifadə etməkdə olduğu texnikanın necə güclü olduğunun sübutudur. Aciz düşmən ordumuza qarşı qorxaq bir dovşan kimi gizlənəcək yer axtararkən, igidlərimiz qorxaqlığın necə fəlakətlərə başa gələcəyini onlara göstərmişdir.

İgidlərimizin göstərmiş olduğu qəhramanlıq dastanı 2020-ci ildən yox əzəldən bəridir davam edir.

Müasir hərbi texnikalarla təchiz edilmiş ordumuz bu texnikalardan doğru və layiqli şəkildə istifadə etmişdir. Layiqli diyəndə nəyi mi nəzərdə tuturam? Namərd düşmənin bacara bilmədiyi bir şeydir bu. Biz hərbi texnikalarla öz torpaqlarımızı geri alarkən,silahlı qüvvələrimizə qarşı gücsüz və aciz olduğunu anlayan erməni daşnakları dinc əhaliyə qarşı atəş açdı. Bəli,bu alçaq və şərəfsiz cəhdi sadəcə erməni xalqı edə bilərdi. Müharibə zamanı dəfələrlə Gəncə və Bərdə şəhərlərində çaxnaşma salmağa çalışmış, bununlada xalqı və əsgərləri qorxudub, Azərbaycan ordusunu ruhdan salmağa cəhd göstərmişdilər. Əlbəttə ki,bu cəhdləri uğursuz olmuş, əksinə düşmən bu hərəkəti ilə ordumuzun intiqam hissini daha da gücləndirmişdi. Artıq onlar sadəcə Birinci Qarabağ Müharibəsi qurbanlarının deyil, qorxaq ermənilərin atəş açdığı günahsız xalqında intiqamını alacaqdılar. Və aldılar da!

Bir anlıq gözlərimizin önünə həmin müharibə səhnələrini gətirmiş olsaq, əsgərlərimizin necə çətinliklərdən keçdiyini ən çoxu bir neçə saniyə anlaya bilərik. Çünkü bu ordu Azərbaycan ordusudur və əsla yorulmaz, məğlub olmaz, qorxaqlıq nədir bilməz! Azərbaycan ordusunun alnında zəfər, qələbə kəlimələri vardır. Hansı ki,bu hər vətəndaşın, hər xalqın bacara bildiyi bir şey deyil. Erməni daşnakları ölmüş əsgər yoldaşlarını qoyub qaçarkən, əsgərlikdən qaçış yolları axtararkən,bizim igidlərimiz əsgər yoldaşını çiynində daşıyır,şəhadət şərbətini içməyi amma bundan öncə Qarabağ torpaqlarının azadlığa qovuşmasını səbirsizliklə gözləyirdi.

Dillərində vətən marşları, ürəklərində cəsarət, ağıllarında isə milləti olan ordumuz Türk dünyasının fəxrinə dönüşmüş, bütün xalqlar əsgərlərimizin qəhrəmanlığından qürurla söz açar,danışar olmuşdu. Və bu hələdə belədir. İnsanlardan Azərbaycan ordusu haqqında soruşsanız, böyük ehtimal hərkəs onların cəsarəti və qorxmazlığı haqqında danışacaqdır. Cənab Ali Baş Komandanıj rəhbərliyi altında irəliləyən və Polad Həşimovun yolundan gedən ordumuz bir daha sübut etdi ki, Azərbaycan yenilməzdir, Azərbaycan qorxmazdır, Azərbaycan qalibdir.

Azərbaycanın igid ordusu böyük bir qələbəyə imza atdılar. İmza atdıqları yer Qarabağ torpaqları,qələmləri isə qanları oldu. Necə deyərlər… əli-ayağı yalın torpaqlarından didərgin düşən oğullar,tank üstündə geri qayıdaraq əsl qəhrəmanın kim olduğunu göstərdi! Onlar göstərdi ki, bir Azərbaycanlı üçün hər zaman vətən yaxşıdır!

 

Bakı Slavyan Universiteti

Aytac Orucova Yadigar qızı

 

Diasporpress.az