Çempionlar Liqasında qrup mərhələsinin III turuna start verilib.
Oxu.Az xəbər verir ki, ilk gündə A, B, C və D qruplarında oyunlar keçirilib.
A qrupunda “Qalatasaray” turnirin ən titullu klubu “Real”ı qəbul edib. İlk iki turda qələbə üzü görməyən rəqiblərin duelində qonaqlar sevinib – 1:0.
Qrupun digər matçında PSJ səfərdə “Brügge”ni darmadağın edib – 5:0.
B qrupunun lideri “Bavariya” “Olimpiakos”un qonağı olub. Bol qollu matçda Münhen təmsilçisi çətin qələbəyə sevinib – 3:2.
“Tottenhem” də “Srvena Zvezda”ya şans verməyib – 5:0.
C qrupunda itkisiz irəliləyən “Mançester Siti” doğma arenasında autsayder “Atalanta”nı sınağa çəkib. Hesabı qonaqlar açsa da, sonda “şəhərlilər” darmadağına sevinib.
D qrupunda favoritlər “Yuventus” və “Atletiko” ev oyununa çıxıb. Turin təmsilçisi Moskva “Lokomotiv”ini, Madrid klubu isə “Bayer”i məğlub yola salıb.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
22 oktyabr
A qrupu
“Qalatasaray” (Türkiyə) – “Real” (İspaniya) 0:1
Qol: Kroos, 18.
“Brügge” (Belçika) – PSJ (Fransa) 0:5
Qol: İkardi, 7; 63. Mbappe, 61; 79; 83
B qrupu
“Tottenhem” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) 5:0
Qol: Keyn, 9; 72. Min, 16; 44. Lamela, 57.
“Olimpiakos” (Yunanıstan) – “Bavariya” (Almaniya) 2:3
Qol: El Arabi, 23. Gilyerme, 79 – Levandovski, 34; 62. Tolisso, 75.
C qrupu
“Şaxtyor” (Ukrayna) – “Dinamo” (Xorvatiya) 2:2
Qol: Konoplyanka, 16. Dodo, 75 – Olmo, 25. Orşiç, 60.
“Mançester Siti” (İngiltərə) – “Atalanta” (İtaliya) 5:1
Qol: Aquero, 34; 38-pen. Sterlinq, 58; 64; 69 – Malinovski, 28-pen.
D qrupu
“Atletiko” (İspaniya) – “Bayer” (Almaniya) 1:0
Qol: Morata, 78.
“Yuventus” (İtaliya) – “Lokomotiv” (Rusiya) 2:1
Qol: Dibala, 77; 79 – Mirançuk, 30.