Türkiyənin “Qalatasaray” klubu heyətinə yeni futbolçu qatıb.
DiasporPress.az-ın məlumatına görə, qış fasiləsində heyətini gücləndirməyə çalışan İstanbul təmsilçisi nigeriyalı Henri Cukvuemeka Onyekurunun keçidini həll edib.
“Monako”ya məxsus olan hücumçu icarə əsasında mövsümün sonunadək “sarı-qırmızılar”ın şərəfini qoruyacaq. 22 yaşlı afrikalı ötən mövsümdə də “Qalatasaray”da çıxış edib.
Həmin vaxt Onyekuru İngiltərə təmsilçisi “Everton”dan icarəyə götürülmüşdü. Ötən ilin yayında liverpullular hücumçunu 13,5 milyon avroya “Monako”ya satıb. Cari mövsümün ilk yarısını “Knyazlıq klubu”nda keçirən forvard yenidən Türkiyəyə qayıdacaq.
Qeyd edək ki, Onyekurunun “Monako” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
DiasporPress.az