Dünya

Putinlə Paşinyanın müzakirə edəcəyi mövzular AÇIQLANDI

Putinlə Paşinyanın müzakirə edəcəyi mövzular AÇIQLANDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 7-də Moskvaya səfər edəcəyini təsdiqləyib.

Bu barədə “Moskovskiy komsomolets” nəşri xəbər verib.

“Ən yüksək səviyyədə fəal dialoq aparılır”, – deyə D.Peskov vurğulayıb.

D.Peskov əlavə edib ki, görüş zamanı ilk növbədə Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsi, habelə V. Putinin bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etdiyi Cənubi Qafqazın nəqliyyat infrastrukturunun blokadadan çıxarılması ilə bağlı məsələlərə toxunulacaq.

V.Putinin sözçüsü görüşün ikitərəfli formatda olacağını vurğulayıb.

 

 

Diasporpress.az