Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel COVID-19 pandemiyasına qarşı birgə mübarizə imkanlarını müzakirə ediblər.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Koronavirus pandemiyasına qarşı mübarizədə vaksinlərin birgə istehsalının mümkün perspektivləri vurğulanmaqla əməkdaşlıq məsələləri müzakirə edildi”,- deyə məlumatda qeyd edilib.
Tərəflərin bu mövzu ilə əlaqədar olaraq səhiyyə nazirlikləri ilə digər ixtisaslaşmış qurumlar arasında əlaqə saxlamaq barədə razılığa gəldikləri bildirilib.
Diasporpress.az