Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Trend-in Kremlin saytına istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər:
“Vəziyyətin sabit olduğu, Rusiya və Azərbaycan Prezidentlərinin və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının icrası ilə bağlı işlərin planauyğun davam etdirildiyi məmnuniyyətlə qeyd edilib.
ATƏT-in Minsk qrupu da daxil olmaqla, Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri üzrə əməkdaşlıq etməyə qarşılıqlı hazırlıq ifadə edilib”.
Diasporpress.az