Rusiya Prezidenti Vladimir Putin Yerevana səfəri çərçivəsində Ermənistanın eks-prezidenti Robert Koçaryanın həyat yoldaşı Bella Koçaryanla görüşüb.
DiasporPress.az-ın xəbərinə görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, görüş Rusiyanın Ermənistandakı səfirliyində keçirilib.
Onlar Robert Koçaryanın həbsi, Ermənistanın indiki hakimiyyətinin addımlarını müzakirə ediblər.
Xatırladaq ki, V.Putin oktyabrın 1-də Avrasiya Ali İqtisadi Şurasının iclasında iştirak etmək üçün Yerevana gedib.
DiasporPress.az