Ölkə

Prezidentin jurnalistlərlə səmimi dialoqu: “Dünyanın diqqətini çəkən hadisə oldu” – VİDEO

Prezidentin jurnalistlərlə səmimi dialoqu: “Dünyanın diqqətini çəkən hadisə oldu” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 26-da Prezident İlham Əliyevin dörd saatdan çox davam edən mətbuat konfransında yerli və xarici media nümayəndələrinin 50-dən artıq sualını geniş şəkildə cavablandırması ölkə və dünya KİV-ində müzakirəyə səbəb olub.

Mətbuat konfransında Prezidentə sual verən jurnalistlərdən biri də “Haber Global”ın müxbiri Murat Karataş olub.

M.Karataş bildirib ki, adətən rəsmi toplantılar 40 dəqiqədən çox olmur. Bu da xüsusi vaxtlarda:

“Mətbuat konfransının dörd saatdan çox çəkməsi dünyanın diqqətini çəkən hadisələrdən biri oldu. Mən heç bir dünya liderinin mətbuat konfransının bu qədər vaxt davam etməsini, bir də dörd dildə danışmasını xatırlamıram.

Maraqlısı budur ki, konfransda tanınan mətbuat qurumları ilə yanaşı, bilinməyən, tanınmayan mətbuat orqanları da vardır. Prezident İlham Əliyev onların da suallarını cavabsız qoymadı”.

 

 

 

Diasporpress.az