Ölkə

“Prezident Şuşadan erməni revanşistlərə sərt mesaj verdi” – Sona Əliyeva

“Prezident Şuşadan erməni revanşistlərə sərt mesaj verdi” – Sona Əliyevabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə başçısının Şuşaya səfəri və Füzulidə yeni hava limanının təməlinin onun iştirakı ilə atılması işğaldan azad edilmiş ərazilərdə yenidənqurmanın başlanğıcıdır. Eyni zamanda, bu səfər hər bir azərbaycanlının sevincinə səbəb oldu, çünki Şuşanın yenidən dirçəlişini biz bir xalq olaraq 30 il arzulamışıq, gözləmişik”.

Bunu açıqlamasında keçmiş millət vəkili, politoloq Sona Əliyeva deyib. Politoloqun sözlərinə görə, ölkə başçısı İlham Əliyevin başçılığı altında Şuşa və işğaldan azad edilmiş digər ərazilərdə sürətli yenidənqurma işlərinə faktiki olaraq start verilib:

“Ölkə başçısının da dediyi kimi Füzulidə beynəlxalq hava limanının tikintisi turistlərin və digər qonaqların buraya səfərlərini asanlaşdırmaq üçündür. Şuşa şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Bu ilin yayında Şuşada Vaqif Poeziya günləri və Xarı bülbül festivalı baş tutacaq. Qarabağ dünyanın ən gözəl turizm məkanlarından birinə çevriləcək. Artıq yayılan məlumatlara görə, investorlar, Türkiyə və İtaliya şirkətləri işğaldan azad olunan ərazilərə cəlb ediləcək. Dövlət bu işə birbaşa diqqət göstərir və məsələ prezidentin ciddi nəzarətində olacaq”.

Sona Əliyeva deyib ki, prezident Şuşada separatçı ermənilərə və İrəvandakı dairələrə də sərt müsaj göndərib: “Cənab Prezident bir daha bildirdi ki, əgər Dağlıq Qarabağda yenidən separatçı meyillər baş qaldırarsa, Azərbaycanın dəmir yumruğu yerindədir. İrəvanda hər hansı bir revanşist qüvvə ölkəmizə qarşı yanlış hərəkət edərsə, rəsmi Bakı bunun cavabını çox sərt şəkildə verəcək. Bütün bunlar onu deməyə əsas verir ki, Dağlıq Qarabağ əbədi olaraq Azərbaycanındır. Ermənistanın siyasi rəhbərliyi və digərləri bundan dərs çıxarmalıdırlar. Xalqımız 44 günlük müharibədə olduğu kimi yenidənqurma işlərində də birlik nümayiş etdirəcək. Tezliklə keçmiş məcburi köçkünlərimiz də öz yurd-yuvalarına qayıdacaqlar. Artıq prezidentin Şuşa və Füzuli səfərləri ilə böyük qayıdışın ilk addımları atılıb”.