Ölkə

Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib

Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Rusiya Federasiyasının fövqəladə hallar naziri Yevgeni Ziniçevi qəbul edib. Fövqəladə hallar naziri Yevgeni Ziniçev Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Rusiyanın müxtəlif qurumları, o cümlədən Fövqəladə Hallar nazirlikləri arasında uğurlu işçi əməkdaşlığın həyata keçirildiyi bildirilib və bu sahədə təcrübə mübadiləsinin önəmi qeyd edilib.

 

Diasporpress.az