Dünya

Pompeo İstanbul səfərində Prezident Ərdoğanla görüşməyəcək

Pompeo İstanbul səfərində Prezident Ərdoğanla görüşməyəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Mayk Pompeo Türkiyə liderinin iş qrafikindəki dəyişikliklər səbəbindən respublikaya rəsmi səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə bilməyəcək.

Bu barədə Dövlət Departamentinin yüksək rütbəli məmurları jurnalistlər üçün keçirilən brifinq zamanı bildirib. Söhbətin stenoqramı ABŞ-ın xarici siyasət idarəsi tərəfindən yayılıb.

“Biz hamımız – dövlət katibi, Türkiyə rəsmiləri, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və zənn edirəm ki, Prezident Ərdoğan da – razılaşdırılmış görüşlərin həyata keçirilməsini istəyərdik. Ancaq nəticədə bu olmadı, çünki Prezident Ərdoğanın cədvəli dəyişdi”, – deyə Dövlət Departamentinin rəsmisi qeyd edib.

“Bunun mümkün olacağını və baş verə biləcəyini düşünürdük. Ancaq sonra Türkiyə rəsmiləri bizə Prezident Ərdoğanın cədvəlinin öz-özünə dəyişdiyini dedilər. Bunu hər hansı bir siyasi siqnalla əlaqələndirmirəm. Bu, sözün əsl mənasında dövlət katibinin cədvəl məsələsi ilə Prezident Ərdoğanın cədvəl məsələsi və səfərləri ilə bağlıdır. Mən inanmıram ki, Türkiyə hökuməti hansısa planlaşdırma məsələsindən narazı olsun. Biz hazırda fikir ayrılıqlarının olduğu bu mövzularda Ankara ilə işimizi davam etdiririk və fikrimizcə, bu məsələlər bizim üçün və başqaları üçün vacibdir”, – deyə ABŞ-ın xarici siyasət idarəsinin rəsmilərindən biri əlavə edib.

ABŞ diplomatları xatırladıb ki, İstanbulda Pompeonun heç bir türkiyəli rəsmilərlə görüşü olmayacaq. Onların sözlərinə görə, Amerika diplomatiyasının rəhbəri səfəri müddətində İstanbulda olacaqları halda Türkiyə rəsmiləri ilə görüşməyə hazırdır.

Diasporpress.az