Diaspor

Polşada yaşayan soydaşlarımız Dövlət Bayrağı gününü qeyd edib

Polşada yaşayan soydaşlarımız Dövlət Bayrağı gününü qeyd edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Varşava şəhərində fəaliyyət göstərən Azərbaycan evinin təşkilaçlığı ilə 9 noyabr – Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə üçrəngli bayrağımızın müstəqilliyimizin rəmzi olduğunu qeyd edən həmvətənlərimiz bildiriblər ki, bu gün hər bir azərbaycanlı dövlət bayrağı ilə fəxr edir.

Polşada yaşayan azərbaycanlılar Qarabağın incisi, xalqımızın mədəniyyət beşiyi olan Şuşa şəhərinin işğaldan azad edilməsini böyük coşğu ilə qarşılayıblar. Varşavanın mərkəzində toplaşan soydaşlarımız şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Varşavanın mərkəzindən başlayaraq Narodovi stadionundan keçməklə Polşadakı Azərbaycan səfirliyinin qarşısında başa çatan avtoyürüş keçirilib.

Yürüş zamanı polyak dilində “Qarabağ Azərbaycandır!”, “Xoş gəldin Şuşa!” şuarları səsləndirilib.

Qeyd edək ki, Polşanın Krakov, Vrotslav, Lodz və Lublin şəhərlərində də anoloji tədbirlər keçirilib.

 

Diasporpress.az