Polşada tibbi-sosial müəssisədə yanğın baş verib, 4 nəfər ölüb

Ötən gecə Polşada tibbi-sosial müəssisədə yanğın baş verib.

Polşada tibbi-sosial müəssisədə yanğın baş verib, 4 nəfər ölübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Polşada tibbi-sosial müəssisədə yanğın baş verib.

DiasporPress.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla gecə saat 03.00 radələrində Xoynitse şəhərində baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 22 nəfər xəsarət alıb.

Xəsarət alanların 2-i polis, 2-i tibbi-sosial müəssisənin əməkdaşı, qalanları xəstələrdir.Yanğının odla ehtiyatsız davranma – siqaret çəkilməsi zamanı baş verdiyi ehtimal olunur. Yanğın artıq söndürülüb.

Xoynitse şəhər meri 8 yanvar axşama qədər matəm elan edib.

 

DiasporPress.az