Dünya

Polis soydaşımıza Rusiyanın “Xilas naminə cəsarət” medalı təqdim olunub

Polis soydaşımıza Rusiyanın “Xilas naminə cəsarət” medalı təqdim olunubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Pyatiqorsk şəhərindəki baş polis idarəsinin əməkdaşı, polis kapitanı Zarina Musayevaya “Xilas naminə çəsarət” medalı təqdim olunub.
Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevin əmri ilə bu medala layiq görülən soydaşımız 2019-cu ildə Pyatiqorsk şəhərindəki çoxmərtəbəli yaşayış binasında yanqın zamanı onlarla insanın həyatını xilas edib. Gecə işdən qayıdarkən binaya daxil olan və o zaman polis baş leytenantı olan Z.Musayeva yanğının iyini hiss edərək, dərhal xilasedici xidməti hadisə yerinə çağırıb, bütün qonşuların mənzillərindən sağ-salamat təxliyə edilməsinə nail olub. Nəticədə aralarında qadınların, uşaqların və qocaların da olduğu sakinlərin həyatı xilas edilib. Sakinlər onun bu fədakarlığını indiyədək unutmurlar.
Qeyd edək ki, Zarina Asif qızı Musayeva 2012-ci ildən Rusiya Federasiyası DİN-də çalışır və məlum hadisədən sonra kapitan rütbəsinə layiq görülüb. O, bu strukturda çalışaraq polis polkovnik-leytenantı hərbi rütbəsinə yüksəlmiş anasının yolunu davam etdirir.